Çilidə 5,8 bal gücündə zəlzələ baş verib

Çilidə 5,8 bal gücündə zəlzələ baş verib

Çilidə iyulun 5-də yerli vaxtla saat 20:31-də (Bakı vaxtı ilə 6 iyul, 04:31) 5,8 bal gücündə zəlzələ qeydə alınıb.

Bu barədə Avropa Aralıq dənizi Seysmoloji Mərkəzi (EMSC) xəbər yayıb.

Məlumata görə, zəlzələnin episentri əhalisi təxminən 143 min nəfər olan Kalama şəhərindən 194 km cənub-şərqdə yerləşib. Seysmik hadisənin ocağı 132 km dərinlikdə olub.

İnsan ölümü və dağıntılar barədə məlumat yoxdur.

Mənbə: TASS

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

five × 1 =