Çin: ABŞ əfqanların yarasına duz səpmək əvəzinə onların aktivlərini sərbəst buraxsın

Çin: ABŞ əfqanların yarasına duz səpmək əvəzinə onların aktivlərini sərbəst buraxsın

Çin Xarici İşlər Nazirliyinin sözçüsü ABŞ-ı Əfqan xalqının yaralarına duz səpmək əvəzinə, birtərəfli sanksiyaları ləğv etməyə və Əfqanıstanın aktivlərini azad etməyə çağırıb.

Çin Xarici İşlər Nazirliyinin sözçüsü Vanq Venbin keçirdiyi mətbuat konfransında mövcud böhranla bağlı Əfqanıstan xalqının dərdinə şərik olduğunu bildirərək deyib: “ABŞ qoşunları Əfqanıstandan çıxarılsa da 20 illik hərbi işğalın acı nəticələri hələ də davam edir.

O, Əfqanıstandakı böhrana görə ABŞ-ı günahlandırıb və deyib ki, Birləşmiş Ştatlar təkcə Əfqanıstanı məsuliyyətsiz şəkildə tərk etməklə kifayətlənməyib, həm də Əfqanıstan xalqının iqtisadi vəziyyəti və güzəranını pisləşdirmək üçün Əfqanıstana birtərəfli sanksiyalar da tətbiq edib.

Çin Xarici İşlər Nazirliyinin verdiyi açıqlamaya görə, Vebin əlavə edib:

Biz ABŞ-ı səhvləri ilə üzləşməyə, beynəlxalq məsuliyyətlərini üzərinə götürməyə, Əfqanıstanın aktivlərini azad etməyə, birtərəfli sanksiyaları mümkün qədər tez ləğv etməyə və əfqan xalqının yaralarına duz səpmək əvəzinə, onlara vurduğu zərəri ödəməyə çağırırıq.

Çin Xarici İşlər Nazirliyinin sözçüsü Vanq Venbin bundan əvvəl ABŞ-ın Əfqanıstandakı cinayətlərinə görə məsuliyyət daşımamasını əsas gətirərək bunu insan haqları üçün silinməz ləkə adlandırmışdı.

Çin Xarici İşlər Nazirliyinin sözçüsü ABŞ-ın təxribatlarına istinad edərək deyib:

Son 20 ildə ABŞ-ın hərbi əməliyyatları, o cümlədən Əfqanıstandakı müharibə nəticəsində 800 mindən çox insan həlak olub ki, onlardan 335 mini dinc sakin olub.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

sixteen − seven =