Çin ABŞ-a çağırış etdi

Çin ABŞ-a çağırış etdi

Sizinyol xarici KİV-ə istinadən xəbər verir ki, “ABŞ-ın daxildə və xaricdə törətdiyi insan haqları cinayətlərinin siyahısı uzundur” deyən Çinin BMT-dəki daimi nümayəndəsi Cianq Duan cümə günü verdiyi bir açıqlamada, ABŞ öz ölkəsindəki insan haqları pozuntuları ilə məşğul olsun, deyə qeyd edib.

Bu bəyanat ABŞ-ın Cenevrədəki nümayəndəsinin Çini insan haqlarını pozduğuna görə tənqid etdiyi əvvəlki açıqlamasına cavab olaraq verilib.

Çin təmsilçisi, bəyanatın davamında ABŞ-ı rol oynayan və “oğrunu tut” qışqıran bir oğruya bənzədib.

Cianq həmçinin belə qeyd edib: “Bizi həqiqətən təəccübləndirən budur ki, ABŞ-dakı kobud insan haqları pozuntuları hər kəs üçün açıq aydın olsa da, ABŞ rol oynamağa davam edir və özünü insan haqlarının tərəfdarı hesab edir. Özü də anlamadan dünyada gülüş obyektinə çevrilir.”

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

15 + twelve =