Çin ABŞ-a Tayvan barədə xəbərdarlıq etdi

Çin ABŞ-a Tayvan barədə xəbərdarlıq etdi

Çin hökuməti ABŞ Dövlət Departamentindən və ABŞ Konqresindən Tayvan adasına kəşfiyyat pilotsuz aparatıyla tədarük etmək niyyətlərindən imtina etmələrini tələb edib.Bu barədə Çin Xarici İşlər Nazirliyinin mətbuat katibi Van Venbin bu gün açıqlama verib. Diplomatın sözlərinə görə, Vaşinqton dərhal bu planlardan imtina etməlidir. “Əks təqdirdə Çin-ABŞ münasibətləri zərər görə bilər”, – deyə Venbin bildirib.

Qeyd edək ki, Amerika Birləşmiş Ştatları Müdafiə və Təhlükəsizlik Agentliyinin xəbər verdiyi kimi ABŞ Xarici İşlər Nazirliyi dünən Tayvana təxminən 600 milyon dollar dəyərində dörd ədəd MQ-9B kəşfiyyat pilotsuz aparatı və aksesuarlarını satacağı barədə Konqresi xəbərdar edib. Ən yüksək ABŞ qanunverici orqanının müqaviləni ləğv etməsi üçün 30 gün vaxtı olacaq.

islamtimes.org

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

five × two =