Çin: ABŞ dünyanın bütün ölkələrindən daha çox müsəlman öldürüb

Çin: ABŞ dünyanın bütün ölkələrindən daha çox müsəlman öldürüb

Sizinyol xarici KİV-ə istinadən xəbər verir ki, Çin Xarici İşlər Nazirliyinin sözçüsü Hua Çun Yinq, bir mətbuat konfransında, ABŞ-ın, Uyğur müsəlmanlarına qarşı münasibətlərdə insan haqlarının pozulması barədə Çini ittiham etmək cəhdini kəskin şəkildə qınayıb.

Çin rəsmisi deyib: “Amerika insan haqlarına hörmət etdiyini iddia edir, halbu ki, ABŞ dünyanın bütün ölkələrindən daha çox müsəlman öldürüb.”

Hua Çun Yinq həmçinin deyib: “Hələ ABŞ-dakı sistematik irqi ayrıseçkiliyi nəzərə almasaq, Vaşinqtonun terrorizmlə mübarizə adı altında 80-dən çox ölkədə müharibə apardığını və hərbi əməliyyatlar keçirtdiyini çox yaxşı bilirik. Əsasən mülki vətəndaşlardan ibarət olan 800.000-dən çox insan bu müharibələr nəticəsində həyatını itirmiş və on milyonlarla insan didərgin düşmüşdür.” Çinli məmur belə əlavə edib: “Qətlə yetirilən minlərlə Əfqan, İraq və Suriyalı müsəlmanın ölümünü soyuqqanlıqla izləmək nə qədər xəbislikdir. Sadəcə Covid-19 nəticəsində 600.000-dən çox amerikalı öldü və bununla belə ABŞ Sincanda insan haqları mövzusunda yalan uydurmaqdan çəkinmir.”

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

5 × 5 =