Çin: `ABŞ heç nədən problem yaradır`

Çin: `ABŞ heç nədən problem yaradır`

ABŞ Cənubi-Çin dənizində təhlükəsizliyə təhdid yaradır və regionda situasiyaya mənfi təsir edir.

Çinin Sinxua agentliyi xəbər verir ki, bu sözləri Çinin BMT-dəki daimi nümayəndəsinin müavini Day Bin deyib.

“ABŞ-ın Cənubi-Çin dənizindəki problemlərlə bağlı məsuliyyətsiz açıqlamalar vermək ixtiyarı yoxdur. ABŞ heç nədən problem yaradır və regiona hərbi gəmilər, təyyarələr göndərərək provokasiya törədir”, – deyə diplomat bildirib.

D.Bin dünya ölkələrinə çağırış edərək, Cənubi-Çin dənizindəki təhlükəsizlik problemi ilə bağlı dialoqu gücləndirməyin və əməkdaşlığı genişləndirməyin vacibliyini söyləyib.

Faktxeber

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

2 × three =