Çin ABŞ-ı ittiham etdi
Publika.az xəbər verir ki, bu barədə Çin Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Van Venbin bildirib.
“Birləşmiş Ştatlar öz hegemonluqlarını və öz maraqlarını qorumaq üçün təkrar-təkrar ixrac nəzarətindən sui-istifadə edir, elmi, texniki və ticarət məsələlərini siyasiləşdirir”, – deyə o bildirib.
Pekin vurğulayıb ki, Vaşinqtonun hərəkətləri bazar ticarəti qaydalarını pozur və Çində və bütün dünyada istehsalçılara zərər verir. Çin Xarici İşlər Nazirliyi əlavə edib ki, Çin öz maraqlarını qətiyyətlə müdafiə edəcək.
Xatırladaq ki, bundan əvvəl Bloomberg məlumat vermişdi ki, ABŞ hakimiyyəti Çini çips sahəsində dominantlıqdan məhrum etməyə çalışır. 2022-ci ilin dekabrında məlum oldu ki, ABŞ hakimiyyəti Çinin yarımkeçiricilər istehsal etməsinin qarşısını almaq məqsədilə əməkdaşlığa başlamaq üçün Yaponiya hökumətinə müraciət etmək qərarına gəlib. ABŞ Yaponiya və Hollandiyanın Çinə mal göndərməyə davam edəcəyi təqdirdə ixraca nəzarət boşluqlarından ehtiyat edir.
Publika.az