Çin ABŞ-ın aviadaşıyıcı gəmisinə hücumu simulyasiya etdi

Çin ABŞ-ın aviadaşıyıcı gəmisinə hücumu simulyasiya etdi

ABŞ-ın öz hərbi donanmasını Cənubi Çin dənizinə göndərməsilə başlanan təxribatçı hərəkətindən sonra, Pekin bombardmançıları bu donanmaya hücumu simulyasiya ediblər.

“Fars” Xəbər Agentliyinin verdiyi məlumata görə, cümə günü ABŞ ordusu, İngilis qəzeti “Financial Times”-ın xəbərini təsdiqləyərək Çin bombardmançılarının bu yaxınlarda Cənubi Çin dənizində ABŞ aviadaşıyıcı gəmisinə hücumu simulyasiya etdiyini açıqlayıblar.

Keçən bazar gününün sonlarında ABŞ, Çinin öz ərazisi hesab etdiyi Tayvana qarşı təxribatçı hərəkətlərinin və bölgədə artan gərginliyin ardınca “USS Theodore Roosevelt” adlı aviadaşıyıcı gəmisini Cənubi Çin dənizinə gətirib.

“Business Insider”-in verdiyi məlumata görə, Pekin ordusu da, Vaşinqtonun Çinin mübahisəli sularına girməsinin ardından səkkiz H-6K bombardmançı, dörd G-16 qırıcısı və bir Y-8 sualtı əleyhinə döyüş təyyarəsini Cənubi Çin dənizinə göndərib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

five + eleven =