Çin ABŞ-nin kənd təsərrüfatı məhsullarına rüsum tətbiq edə bilər

Çin ABŞ-nin kənd təsərrüfatı məhsullarına rüsum tətbiq edə bilər

Çin ABŞ-nin kənd təsərrüfatı və ərzaq məhsulları idxalına əlavə rüsumlar tətbiq etməyi düşünür.

Qeyd edilib ki, bu tədbirlər ABŞ Prezidenti Donald Trampın tarif siyasətinə cavab olacaq.

“Əgər ABŞ birtərəfli tariflərin tətbiqində israr edərsə və müvafiq tədbirləri rəsmən elan edərsə, o zaman Çin mütləq qətiyyətli, güclü əks tədbirlər görəcək”, – məlumatda bildirilib.

Mənbə əlavə edib ki, Çin tariflərlə bağlı olmayan digər cavab tədbirləri də elan edə bilər.

Qeyd edək ki, fevralın 1-də Tramp Kanada, Çin və Meksikadan gələn mallara daha yüksək tariflər tətbiq edən fərman imzalayıb.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

four + 20 =