Çin ABŞ şirkətini saxta oyuncaq satdığına görə məhkəməyə verir

Çin ABŞ şirkətini saxta oyuncaq satdığına görə məhkəməyə verir

Çinin “Pop Mart” şirkəti ABŞ-nin “7-Eleven” mağazalar şəbəkəsini saxta Labubu oyuncaqları satdığına görə məhkəməyə verib.

“Report” xəbər verir ki, bu barədə Şanxayın “Jiemian” nəşrinə “Pop Mart”ın nümayəndələri bildirib.

İddiaya səbəb amerikalı bir qızın sosial şəbəkədə yerləşdirdiyi videoda “7-Eleven” mağazasında 25 dollara satılan saxta əşyaların nümayişi olub.

Orijinal “Pop Mart” oyuncaqlarının qiyməti demək olar ki, eynidir, lakin “7-Eleven”də oyuncaqlar və qablaşdırma çox aşağı keyfiyyətə malikdir.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

14 + 5 =