Çin: Amerika dünyada insan haqlarını ən çox pozanlardan biridir

Çin: Amerika dünyada insan haqlarını ən çox pozanlardan biridir

Çin Dövlət Şurasının İnformasiya Bürosu çərşənbə axşamı günü axşam “2022-ci il ABŞ-ın İnsan Haqlarını Pozması Hesabatı”nda Vaşinqtonun dünya ölkələrində ən böyük insan haqlarını pozanlardan biri olduğunu açıqlayıb.

Telesur xəbər saytı xəbər verib: ABŞ 1962-ci ildən Kuba, 1979-cu ildən İran, 2011-ci ildən Suriya və son illərdə Əfqanıstan da daxil olmaqla dünyanın 20-dən çox ölkəsinə qarşı birtərəfli sanksiyalar tətbiq edib.

ABŞ-ı dünyada birtərəfli sanksiyaların ən məhsuldar icraçısı kimi adlandıran bu hesabatda vurğulanıb: Birləşmiş Ştatlar beynəlxalq ictimaiyyətdə güc siyasəti yürüdür, tez-tez güc tətbiq edir, proksi müharibələrə başlayır və dünya sülhünü məhv edən ölkəyə çevrilib.

Bu hesabat əlavə edir: ABŞ-ın Providens şəhərindəki Braun Universiteti tərəfindən həyata keçirilən Müharibənin Xərcləri layihəsinə görə, Vaşinqton terrorla mübarizə adı altında 85 ölkədə təxminən 929.000 insanı öldürüb və 38 milyon insanı didərginə çevirib.

Hesabatda həmçinin deyilir: 2017-2020-ci illər arasında Pentaqon “127e” adlı proqram çərçivəsində Yaxın Şərq və Asiya Sakit Okean regionunda 23 proksi müharibəyə başlayıb.

Bu proqrama əsasən, ABŞ xüsusi əməliyyat qüvvələri ABŞ-ın xaricdəki missiyalarını yerinə yetirmək üçün qüvvələr hazırlamaq səlahiyyətinə malikdir.

Bu hesabatda daha sonra ABŞ tərəfindən mühacirlərin hüquqlarının ciddi şəkildə pozulması müzakirə edilib və Amerika hökumətinin bu təcrübəsi pislənib.

Quantanamo həbsxanası bu hesabatda ABŞ tərəfindən insan haqlarının amansız şəkildə pozulmasının çirkin fəsli kimi qeyd olunan digər hallardan biridir və ABŞ-ın bu həbsxananı bağlamaqdan imtina etməsi Vaşinqtonun insan hüquqlarına riayət etməməsinin bariz nümunəsidir.

Bu həbsxana 2002-ci ildə Kuba adasında işğal altındakı Quantanamo hərbi dəniz bazasında açılıb. Bu hesabat məhkəməsiz, qəddar və qeyri-insani rəftarla həbs edilən 780 nəfərin bu həbsxanaya göndərilməsini pisləyib.

Ötən il Birləşmiş Millətlər Təşkilatının İnsan Haqları Şurasının müstəqil ekspertləri bu həbsxananın bağlanmasını və məsul şəxslərin mühakimə olunmasını tələb ediblər.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

five × 5 =