Çin: Amerika İrana və Bərcama qarşı səhvlərini kompensasiya etməlidir

Çin: Amerika İrana və Bərcama qarşı səhvlərini kompensasiya etməlidir

Çin Xarici İşlər Nazirliyinin sözçüsü Bərcam-nın həyata keçirilməsinin beynəlxalq ictimaiyyətin ümumi maraqlarını təmin etdiyini vurğulayarkən, Amerikanın Bərcamla bağlı problemlərin səbəbkarı olaraq, İrana qarşı səhvlərini kompensasiya etməli olduğunu bildirib.

Çin Xarici İşlər Nazirliyinin sözçüsü Zhao Li jian İran və ABŞ arasında Qətərin paytaxtı Dohada keçirilən dolayı nüvə danışıqlarından sonra tərəflərin həll olunmamış məsələlərdə ortaq məxrəcə gəlmək üçün diplomatik səylərini artıracaqlarına və əngəllərin aradan qaldırılmasına ümid etdiyini bildirib.

Çin Xarici İşlər Nazirliyinin sözçüsü daha sonra vurğulayıb:

Amerika İranın nüvə məsələsini ortaya atan ölkə kimi səhvlərini kompensasiya etməli və İranın haqlı narahatlıqlarına aktiv şəkildə cavab verməlidir.

O, həmçinin bəyan edib ki, Birləşmiş Ştatlar Bərcamln icrasını tezliklə bərpa etmək üçün danışıqların nəticələrinə nail olmağa çalışmalıdır.

Avropa Birliyinin köməkliyi ilə İran və ABŞ arasında dolayısı danışıqlar çərşənbə axşamı və çərşənbə günü Dohanın ev sahibliyi ilə keçirilib.

Bu danışıqlardan sonra İranın Xarici İşlər naziri Hüseyn Əmir Abdullahiyan Qətərli həmkarı ilə telefon danışığında Dohanın qonaqpərvərliyinə görə minnətdarlığını bildirib və deyib: Dohadakı danışıqların son mərhələsinə dair qiymətləndirməmiz müsbətdir.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

nineteen − eight =