Çin bu statusu da qazandı – ABŞ-ı geridə qoydu

Çin bu statusu da qazandı – ABŞ-ı geridə qoydu

Publika.az xəbər verir ki, Çin borclu ölkələrə borc vermək uğrunda ABŞ ilə mübarizədən qalib ayrılaraq, inkişaf etməkdə olan ölkələr üçün dünyanın ən böyük kreditoru statusunu qazanıb. Bildirilir ki, inkişaf etməkdə olan ölkələrə kreditlərin verilməsi üçün maliyyə mənbəyi kimi Çin hakimiyyəti yerli Mərkəzi Bankın əhəmiyyətli ehtiyatlarından istifadə edir. Məlumata görə, valyuta tənzimləyicisinin bu məqsədlər üçün pul ehtiyatları 3,3 trilyon dollar həcmində qiymətləndirilir.

Qeyd edək ki, martın 22-də ABŞ Senatında Dünya Bankının Çinə kredit verməsini qadağan edən qanun layihəsi təqdim edilib. Bu təşəbbüs ABŞ hakimiyyət orqanlarının öz pul və resurslarının ÇXR-ə deyil, onlara daha çox ehtiyacı olan ölkələrə getməsini istəmələri ilə izah olunur.

Publika.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

3 × one =