Çin dövlət ehtiyatlarından əlvan metalları satmağa başlayacaq

Çin dövlət ehtiyatlarından əlvan metalları satmağa başlayacaq

Çin tezliklə dövlət ehtiyatlarından bəzi əlvan metalları satmağa başlayacaq.

Bu barədə “Bloomberg” agentliyi Çinin Milli Ərzaq və Strateji Ehtiyatlar İdarəsinə istinadən xəbər yayıb.

Xüsusilə də söhbət mis, alüminium və sinkin satışından gedir.

Satış həcmləri barədə məlumatın olmaması bu addımın qiymətlərin saxlanması baxımından səmərəliliyinin qeyri-müəyyən olması ilə izah edilir.

Mart ayında agentlik məlumat vermişdi ki, Çin hökuməti xammal qiymətlərinin artımını məhdudlaşdırmaq məqsədilə dövlət ehtiyatlarından 0,5 milyon ton alüminiumun satışa çıxarılmasını nəzərdən keçirir.

Çin sonuncu dəfə 2010-cu ildə alüminium və sink ehtiyatlarının bir hissəsini satışa çıxarmışdı.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

eleven + nine =