Çin Fələstinlə bağlı beynəlxalq konfransın keçirilməsinə çağırış edib

Çin Fələstinlə bağlı beynəlxalq konfransın keçirilməsinə çağırış edib

Çin İsrail-Fələstin münaqişəsinin uzunmüddətli həlli və müstəqil Fələstin dövlətinin yaradılması üzrə beynəlxalq konfrans keçirməyi təklif edir.Trend-in məlumatına görə, bu barədə Çinin BMT-dəki daimi nümayəndəsi Fu Tsun BMT Təhlükəsizlik Şurasının Qəzza zolağında humanitar vəziyyətlə bağlı iclasında bildirib.

“Bu həftədə Fələstin fraksiyaları Pekində danışıqlar apararaq, Fələstinin fələstinlilər tərəfindən idarə olunması prinsipinin reallaşması istiqamətində əhəmiyyətli addım olan mühüm konsensus əldə ediblər. Çin müstəqil Fələstin dövlətinin yaradılmasına güclü dəstəyini ifadə edir və iki dövlət prinsip əsasında həllin həyata keçirilməsi üçün vaxt çərçivəsi və yol xəritəsi təyin etmək üçün daha geniş, daha nümayəndəli və effektiv beynəlxalq sülh konfransına çağırır”, – deyə o qeyd edib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

19 − ten =