Çin fəlakətlərin qarşısının alınması üçün peyk buraxdı
Publika.az TASS-a istinadla xəbər verir ki, bu barədə Çin Aerokosmik Elm və Texnologiya Korporasiyası məlumat yayıb.
Qurumun “WeChat” sosial şəbəkəsindəki səhifəsində qeyd edilib ki, buraxılış yerli vaxtla saat 07:44-də Şimaldakı Jiuquan kosmodromundan “CZ-4C” (Changzheng-4-ce) raketindən istifadə edilməklə həyata keçirilib.
Açıqlamaya görə, peyk meşə təsərrüfatında da istifadə olunacaq. O gözlənilən kataklizmlərin erkən xəbərdar edilməsi üzrə işlərin səviyyəsini əhəmiyyətli dərəcədə artıracaq. Həmçinin mmilli resursların və ətraf mühitin təhlükəsizliyinin təmin edilməsinə kömək edəcək.
Publika.az