Çin hərbi texnologiyada yeni mərhələyə keçdi: Elektrik sistemlərini iflic edən bomba təqdim olundu! (Video İzlə)

Sizinyol xarici KİV-ə istinadən xəbər verir:
Çin “qaranlıq bombası” adlı yeni silah təqdim etdi: 10 min kvadratmetrlik enerji şəbəkəsini sıradan çıxarma gücünə malikdir.
Çin Xalq Respublikası yeni texnoloji hərbi silahını — “qaranlıq bombası”nı (ingiliscə: blackout bomb) ictimaiyyətə təqdim edib. Bu bombanın əsas özəlliyi karbon lifli yük daşımasıdır ki, bu da onu enerji şəbəkələrinə qarşı xüsusi təsirli edir.
Rəsmi məlumatlara görə, bomba 10 min kvadratmetr ərazidə elektrik sistemlərini iflic edə biləcək gücə malikdir. Silah, yüksək texnologiyalı döyüş şəraitlərində elektrik infrastrukturunu hədəf almaq məqsədilə hazırlanıb.
Ekspertlərin fikrincə, bu cür silahlar müasir döyüş strategiyalarında rəqibin texnoloji üstünlüyünü zərərsizləşdirmək üçün istifadə oluna bilər. Çin tərəfi hələlik silahın tam texniki xüsusiyyətləri və istifadə məqsədləri ilə bağlı geniş açıqlama verməyib.