Çin İran–Türkiyə dəmir yolunu elektrikləşdirəcək: Avropaya yeni ticarət dəhlizi açılır


Sizinyol xarici KİV-ə istinadən xəbər verir:
Çin hökuməti İran üzərindən Türkiyəyə qədər uzanan dəmir yolu xəttinin elektrikləşdirilməsi layihəsini reallaşdırmaq niyyətindədir. Layihə tamamlandıqdan sonra Pekin, Avropaya tonlarla yükü bu dəhliz vasitəsilə çatdırmağı planlaşdırır.
Yeni infrastruktura sərmayə, İpək Yolu konsepsiyasının müasir davamı kimi qiymətləndirilir. Bu addım, bölgədəki logistika şəbəkələrini gücləndirməklə yanaşı, Çinin Avropa ilə ticarət əlaqələrində ABŞ təsirini azaltmaq üçün strateji əhəmiyyət daşıyır.
Layihənin İran və Türkiyə iqtisadiyyatına ciddi təsir edəcəyi gözlənilir. Eyni zamanda, Çin-İran əlaqələrinin daha da möhkəmləndirilməsi və Pekinin Yaxın Şərqdə nüfuzunu artırması kimi interpretasiyalar da gündəmdədir.