Çin lideri Şi Cinpin Pekində İran Prezidenti Məsud Pezeşkiyanla görüşdü

Çin lideri Şi Cinpin Pekində İran Prezidenti Məsud Pezeşkiyanla görüşdü

Çin Xalq Respublikasının Sədri Şi Cinpin bu gün Pekində İran Prezidenti Məsud Pezeşkiyanla görüş keçirib.

Çin Mərkəzi Televiziyasının məlumatına görə, görüş zamanı Şi Cinpin çıxış edərək bunları bildirib:
“Çin, İranın nüvə silahı hazırlamamaq öhdəliyini dəfələrlə vurğulamasını yüksək qiymətləndirir və İranın nüvə enerjisindən yalnız dinc məqsədlərlə istifadə etmək hüququna hörmətlə yanaşır.”

Çin lideri əlavə edib ki, Pekin, İranın müstəqilliyini, ərazi bütövlüyünü və milli qürurunu qorumaq səylərini, həmçinin siyasi danışıqlar yolu ilə qanuni hüquq və mənafelərini müdafiə etməsini dəstəkləyir.

Şi Cinpin qeyd edib ki, Çin–İran münasibətləri qeyri-sabit beynəlxalq şəraitin sınaqlarından çıxaraq, sabit və uğurlu inkişaf yolunda davam edir.

Onun sözlərinə görə, Çin bundan sonra da ədaləti müdafiə edəcək, İranın nüvə məsələsinə bütün tərəflərin qanuni maraqlarını nəzərə alan ədalətli həllin tapılmasını dəstəkləyəcək və Yaxın Şərqdə davamlı sülhün təmin olunması üçün ardıcıl səylər göstərəcək.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

3 × four =