Çin mediasının Suriya neftinin ABŞ tərəfindən oğurlanması ilə bağlı məlumatı

Çin mediasının Suriya neftinin ABŞ tərəfindən oğurlanması ilə bağlı məlumatı

2022-ci ilin birinci yarısında Amerika ordusu və onun dəstəklədiyi silahlı qüvvələr tərəfindən gündə təxminən 66 min barel neft oğurlanıb. Yəni, Suriya neftinin 82%-i ABŞ ordusu tərəfindən oğurlanıb!

Suriya rəsmi mediasının məlumatına görə, bu ölkənin 2022-ci ilin birinci yarısında orta gündəlik neft hasilatı təqribən, 80 min 300 barel olub ki, bunun da gündə təxminən 66 min barrel neft Amerika ordusu və onun dəstəklədiyi silahlı qüvvələr tərəfindən oğurlanıb. Yəni, Suriya neftinin 82%-i ABŞ ordusu tərəfindən oğurlanıb!

ABŞ ordusu hətta mülki şəxslərin ABŞ hərbçiləri tərəfindən neft oğurluğu səhnələrini çəkməməsi üçün insanları həbs etmək kimi bir çox tədbirlər görüb.

Suriyanın şimal-şərqindəki Həsakə əyalətindən özünü İham kimi təqdim edən müstəqil müxbirin sözlərinə görə, bəzi mülki şəxslər Fişxabur-Samalka, Əl-Vəlid sərhəd keçid məntəqələrinə doğru hərəkət edən ABŞ neft karvanını kameraları və ya mobil telefonları ilə çəkməyə çalışıblar. Bununla belə, onlar həbs olunub və hətta bu insanların bəziləri sonda həyatını itirib.

Amerikalılar mülki şəxslərin cib telefonlarından çəkiliş aparmaq üçün istifadə etmələrinin qarşısını almaq məqsədi ilə siqnal kəsiçi avadanlıqlar da quraşdırıblar ki, ABŞ hərbi tankerlərinin karvanı oradan keçəndə bütün ərazidə rabitə əlaqəsi kəsilib.

O, həmçinin vurğulayıb ki, ABŞ ordusu və Suriya hökumətinin müxalif qüvvələrinin təzyiqi və ciddi təhdidləri altında yerli xalq ABŞ ordusunun neft oğurluğunu media kameraları qarşısında ifşa etməyə cəsarət etmir.

Əslində Suriyanın neft hasilatı Amerikanın ehtiyacları ilə müqayisədə çox deyil, amma niyə Amerika Suriyada neft oğurlamaq üçün hələ də öz qüvvələrini saxlayır? Bu məsələnin daha dərin səbəbləri var.

Həqiqətdə ABŞ ordusunun neft oğurlaması Suriyadakı iqtisadi sanksiyalara, infrastrukturun dağıdılmasına, ərzaq talanına bənzəyir və onun əsas məqsədi Suriya xalqını Suriya hökumətinə qarşı çıxmağa və Suriyada yoxsulluğu davam etdirməyə və gücləndirməyə təşviq etmək və nəticədə, bu ölkədə işğal və xaos yaratmaq və terroru yaymaqdır.

Digər məqsədlərə Suriya hökumətinin gəlir mənbələrinə çıxışının və qaçqınların geri qayıtmasının qarşısını almaq və Suriyanın yenidən qurulmasına mane olmaq daxildir.

ABŞ-ın bu hərəkəti Suriya xalqının dərin nifrətinə səbəb olub və beynəlxalq qanunların və BMT Nizamnaməsinin pozulması kimi qiymətləndirilir. Həmçinin Amerika ordusunun Suriyada olması Suriya xalqı üçün kabusa çevrilib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

12 − 9 =