Çin NATO-nu müharibələrə başlamaqda ittiham edib
NATO suveren dövlətlərə qarşı dağıdıcı müharibələrə başlayır.
APA “Gazeta.ru” saytına istinadən xəbər verir ki, bu barədə Çinin BMT-dəki daimi nümayəndəsi Çjay Tszyun deyib.
“Bəyan edilən müdafiə mahiyyətinin əksinə olaraq, NATO suveren dövlətlərə qarşı məqsədyönlü şəkildə müharibələrə başlayıb Alyans əhali arasında böyük itkilərə və humanitar fəlakətlərə səbəb olub”, – deyə diplomat BMT Təhlükəsizlik Şurasının iclasında bildirib.
O əlavə edib ki, NATO – nun Şərqə doğru irəliləməsi Avropada münaqişə toxumunun səpilməsinə səbə olub.
Çjan Çyun bir müddət əvvəl Moskva ilə Kiyev arasında danışıqların Ukrayna böhranının həlli üçün son vasitə olduğunu söyləyib. O əlavə edib ki, beynəlxalq ictimaiyyət dialoq və siyasi nizamlama üçün şərait təşkil etməlidir.
APA.az