Çin Qəzza ilə bağlı mövqeyini bəyan etdi

Çin Xarici İşlər Naziri Vanq Yi Qəzzada mülki itkilərin gündən-günə artması ilə bağlı açıqlama verib.
“Heç bir vicdanlı və məsuliyyətli ölkə bu faciələrin davam etməsinə icazə verə bilməz”, – deyə Vanq Yi diqqətə çatdırıb.
Qeyd edək ki, işğalçı sionist İsrail rejimi oktyabrın 7-dən etibarən müharibə cinayətləri törədir və məzlum Fələstin xalqına qarşı vəhşicəsinə hücumlar edir. Qəzza Səhiyyə Nazirliyi son açıqlamasında, işğalçı sionist rejimin indiyədək həyata keçirdiyi hücumların sayının 9 min 61 nəfərə, o cümlədən 3 min 760 uşaq və 2 min 326 qadına çatdığını və ən azı 32 min nəfərin yaralandığını bildirib.