Çin: Qəzzada vəziyyət çox təhlükəlidir

Çin: Qəzzada vəziyyət çox təhlükəlidir

Çinin BMT Təhlükəsizlik Şurasındakı nümayəndəsi atəşkəs və Qəzza zolağında vətəndaşlara dəstək mövzusunda açıq bir mesaj göndərilməsini istəyərkən Qəzzada vəziyyətin çox təhlükəli olduğunu söyləyib.

 “Çinin BMT Təhlükəsizlik Şurasındakı nümayəndəsi xəbərdarlıq edib ki, Qəzzada vəziyyət çox təhlükəlidir.

O, sözlərinə belə davam edib: “Biz münaqişələrin yayılmasını görmək istəmirik, amma reallıqda hadisə bundan ibarətdir.”

Çinli diplomat əlavə edib: “BMT-nin xüsusi koordinatoru və baş katibin müavininin Qəzza ilə bağlı izahatlarını dinləmək üçün bağlı qapılar arxasında iclas keçirməyi tələb etdik.

Ümid edirik ki, BMT Təhlükəsizlik Şurasının üzvləri atəşkəs və mülki şəxslərə dəstək üçün aydın mesaj verəcək bir yanaşma qəbul edəcəklər.”

Qəzza Səhiyyə Nazirliyinin sözçüsü bu gün bazar ertəsi elan edib ki, sionist rejimin bu bölgədəki təcavüzü nəticəsində şəhid olanların sayı 10220 nəfərə çatıb.

Sionist rejimin yalnız Qəzzada xəstəxananı hədəfə aldığını bildirən Əl-Qudrə deyib: İsrail son saatlarda 24 qətl törədib və qurbanlarının sayı 292 şəhidə çatıb.

Amerika və Qərb sionist rejimin cinayətləri ilə birləşərək hələ də Qəzza xalqına qarşı qeyri-bərabər müharibəni davam etdirmək istəyirlər. Bununla belə, bəzi Qərb rəsmiləri və qurumları humanitar jestlərini davam etdirərək Qəzzada atəşkəs üçün çalışdıqlarını iddia edirlər.

UNICEF-in icraçı direktoru Catherine Russell bazar ertəsi Qəzzada atəşkəs haqqında yazıb: “Bizə Qəzzada təcili humanitar atəşkəs və bütün mülki girovların qeyd-şərtsiz azad edilməsi lazımdır. Müharibə başlayandan 30 gün keçdi, artıq yetər! İndi bu məsələyə son qoyulmalıdır.”

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

four × one =