Çin Qazaxıstanın əsas ticarət tərəfdaşına çevrilib
Çin 2023-cü ilin ilk beş ayında Rusiya Federasiyasını keçərək Qazaxıstanın əsas ticarət tərəfdaşına çevrilib.
Bu barədə APA inbusiness.kz saytına istinadən xəbər verir.
Nəşr qeyd edir ki, iyun ayına qədər Çinin respublikanın xarici ticarətindəki payı son 10 ildə ilk dəfə olaraq Qazaxıstan-Rusiya ticarətinin göstəricilərini ötərək 19,2%-ə çatıb. Öz növbəsində Rusiyanın Qazaxıstanla xarici ticarət əməliyyatlarında payı 18,8% təşkil edib.
Nəşr vurğulayır ki, son bir ildə Qazaxıstanın Aİ ölkələrinə və Çinə ixracı təxminən 40% artıb.
Apa.az