Çin qırıcısı ilə Amerika hərbi təyyarəsi arasında “aqressiv” qarşıdurma

Çin qırıcısı ilə Amerika hərbi təyyarəsi arasında “aqressiv” qarşıdurma

ABŞ Müdafiə Nazirliyi (Pentaqon) Çin qırıcısının Cənubi Çin dənizi üzərində ABŞ hərbi təyyarəsi ilə “lazımsız aqressiv” qarşıdurma keçirdiyini iddia edib.

İRNA-nın Reuters-ə istinadən verdiyi məlumata görə, ABŞ ordusunun Hind-Sakit okean regionunda komandanlığı çərşənbə axşamı gecə yaydığı bəyanatda bildirib ki, mayın 26-da Çinin J-16 qırıcısı ABŞ Hərbi Hava Qüvvələrinin təyyarəsi RC-135-ə qarşı lazımsız aqressiv manevr edib.

ABŞ bildirib ki, hadisə Cənubi Çin dənizində beynəlxalq sularda baş verib.

Bu hadisənin dərc olunmamış videosundan görünür ki, Çin qırıcısı Amerika təyyarəsinin qarşısından keçərək RC-135-in kabinəsini silkələyib.

Pentaqon öz bəyanatında əlavə edib: “Birləşmiş Ştatlar beynəlxalq hüququn icazə verdiyi hər yerdə təhlükəsiz və məsuliyyətli şəkildə uçmağa, üzməyə və fəaliyyət göstərməyə davam edəcək.”

Dekabr ayında Çin hərbi təyyarəsi Cənubi Çin dənizi üzərində ABŞ Hərbi Hava Qüvvələrinə məxsus təyyarəyə üç metrlik məsafədə yaxınlaşıb və ABŞ pilotu iki təyyarənin toqquşmaması üçün tədbirlər görməli olub.

Çin təyyarəsinin yeni qarşıdurması Pekinin ABŞ-ın müdafiə naziri Lloyd Ostinin Sinqapurda Şanqri-La təhlükəsizlik toplantısı çərçivəsində Çin rəsmiləri ilə görüşmək istəyini rədd etdiyi bir vaxta təsadüf edir.

Adının açıqlanmasını istəməyən yüksək rütbəli ABŞ müdafiə rəsmisi bildirib ki, Çin 2021-ci ildən bəri Pentaqon ilə danışıqlar üçün onlarla sorğuya cavab verməyib və ya rədd edib.

Amerika və Çin, Tayvan, Çinin insan haqları vəziyyəti və Cənubi Çin dənizi sularında hərbi fəaliyyətləri də daxil olmaqla müxtəlif mövzularda münasibətləri gərginləşən dünyanın ən böyük iki iqtisadi ölkəsidir.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

five × three =