Çin Rusiya ilə əməkdaşlığın genişlənəcəyini deyib, ABŞ-a xəbərdarlıq edib

Çin Rusiya ilə əməkdaşlığın genişlənəcəyini deyib, ABŞ-a xəbərdarlıq edib

“Çin ordusu Rusiya Silahlı Qüvvələri ilə əməkdaşlığı gücləndirəcək”.

“Report” TASS-a istinadən xəbər verir ki, bunu Çin Müdafiə Nazirliyinin sözçüsü Tan Kefei deyib.

Onun sözlərinə görə, Çin və Rusiya Silahlı Qüvvələri müntəzəm olaraq birgə hava və dəniz patrulları həyata keçirəcək: “Rusiya, Çin və İranın Oman körfəzində birgə hərbi dəniz təlimləri regionda təhlükəsizliyin möhkəmlənməsinə töhfə verir. Çin ordusu Cənubi Çin dənizində milli suverenliyi qorumaq üçün bütün lazımi tədbirləri görəcək”.

T. Kefei həmçinin ABŞ-a xəbərdarlıq edib: “ABŞ Çini təhrik etməyi dayandırmalıdır. Əks halda baş verə biləcək insidentlərə görə özləri məsuliyyət daşıyacaq. Avstraliya, Böyük Britaniya və ABŞ arasında nüvə sualtı qayıqları üzrə əməkdaşlıq yeni silahlanma yarışına səbəb olacaq”.

Report.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

one × 4 =