Çin, Rusiya və İran birgə hərbi təlimlər keçirəcək

Rusiyanın İrandakı səfiri, Hind okeanında Rusiya, İran və Çinin birgə hərbi təlimlər keçirəcəyini elan edib.
Sizinyol.com-un KİV-ə istinadən verdiyi məlumata görə, Rusiyanın İrandakı səfiri Levan Semyonoviç fevral ayının ortalarında Hind okeanında hərbi dəniz təimləri keçiriləcəyini açıqlayıb.
2019-cu ildə keçirilən üçtərəfli təlimin təkrarlanmasının mümkünlüyü barədə suala səfir belə cavab verib: “Növbəti genişmiqyaslı hərbi-dəniz təlimləri 2021-ci il fevral ayının ortalarında, Hind okeanının şimalında baş tutacaq. Bundan əlavə axtarış-xilasetmə əməliyyatlarında və gəmi nəqliyyatının təhlükəsizliyinin təmin olunması istiqamətində əməkdaşlıqların olması da nəzərdə tutulmuşdu.”
Daha öncə “Dəniz təhlükəsizliyi kəməri” adı altında Rusiya, İran və Çinin hərbi dəniz təlimləri 2019-cu il dekabr ayının sonlarında keçirilmiş və bundan sonra İran ordusu bu təlimlərin davamlı olacağını əminliklə elan edib.