Çin: Rusiyaya qarşı sanksiyalara qoşulmayacağıq

Çin: Rusiyaya qarşı sanksiyalara qoşulmayacağıq

Çinin Banklar və Sığortaya Nəzarət Komitəsinin sədri bu gün bildirib ki, Çin Rusiyaya qarşı birtərəfli sanksiyalara qoşulmayacaq və bütün tərəflərlə normal maliyyə əməkdaşlığını davam etdirəcək.

Sputnik-in məlumatına görə, bu gün Çinin Banklar və Sığortaya Nəzarət Komitəsinin sədri Qu Şak Çimq bildirib ki, Çin Rusiyaya qarşı birtərəfli sanksiyalara qoşulmayacaq və bütün tərəflərlə normal maliyyə əməkdaşlığını davam etdirəcək.

Çin rəsmisinin sözlərinə görə, anti-Rusiya sanksiyalarının Çin iqtisadiyyatına hazırda təsiri proqnozlaşdırılmır və gələcəkdə də bunun əhəmiyyəti olmayacaq.

Qərbin Rusiya sərhədi yaxınlığında son addımlarından sonra Putin fevralın 26-da cümə axşamı Ukraynada xüsusi hərbi əməliyyat keçirməyə əmr verdi və Avropa ölkələri beş gün ərzində gərginliyi azaltmaq əvəzinə Rusiyaya qarşı sərt addımlar atdılar.

Bazar ertəsi ABŞ Maliyyə Nazirliyi Rusiya Mərkəzi Bankı, Milli Sərvət Fondu və Rusiya Maliyyə Nazirliyi ilə bank köçürmələrini qadağan edib.

ABŞ Maliyyə Nazirliyinin açıqlamasına görə, bu addım Amerika vətəndaşlarının Mərkəzi Bank, Milli Sərvət Fondu və ya Rusiya Maliyyə Nazirliyi ilə hər hansı pul köçürmələrində iştirakının qarşısını almaq məqsədi daşıyır.

Dünən İngiltərə Rusiyanın ən böyük bankını sanksiya siyahısına əlavə edib və rus investorlarına təzyiq göstərməyə çalışır.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

five × four =