Çin şəhəri UNESCO-nun Dünya Mirası Siyahısına daxil edilib
Birləşmiş Millətlər Təşkilatının Təhsil, Elm və Mədəniyyət Təşkilatı (UNESCO) Fuszyanın şərq əyalətində yerləşən Çinin liman şəhəri Çuançjounu Dünya Mirası Siyahısına daxil edib.
Bu barədə “Sinxua” xəbər agentliyi məlumat yayıb.
Məlumata görə, müvafiq qərar YUNESKO-nun Ümumdünya Miras Komitəsinin Fuçjou (Fuszyan əyaləti) şəhərində keçirilən 44-cü iclasında qəbul edilib.
Çuançjou vaxtilə tarixi Dəniz İpək Yolu üzərində yerləşən ən böyük ticarət limanlarından biri olub.
SalamNews