Çin və Fransanın xarici işlər nazirləri telefonla danışdı
Publika.az TASS-a istinadən xəbər verir ki, bu barədə Çin Xarici İşlər Nazirliyinin (XİN) saytında məlumat verilib.
“Çin və Fransa yüksək səviyyədə sıx əlaqələr saxlamalı, daima yeni əməkdaşlıq sahələrini araşdırmalıdırlar”, – məlumatda qeyd edilib.
Çin XİN başçısı iki ölkə arasında etibarlı təchizat zəncirinin təmin edilməsinin vacibliyinə diqqət çəkib.
“Beynəlxalq məsələlər üzrə əməkdaşlığı gücləndirmək, qlobal çağırışlara birgə mübarizə aparmaq lazımdır”, – o əlavə edib.
Onun sözlərinə görə, Pekin davamlı olaraq xarici iqtisadi əməkdaşlığa qoyulan məhdudiyyətlərin aradan qaldırılması siyasətini davam etdirəcək və intensiv inkişaf modelinin formalaşdırılmasına təkan verəcək.
Publika.az