Çin və Rusiya birgə hərbi təlimlərə başladı – Hədəf nədir?

Çin və Rusiya birgə hərbi təlimlərə başladı – Hədəf nədir?

Publika.az xəbər verir ki, Çin Müdafiə Nazirliyinin verdiyi açıqlamada, iki ölkə arasında hərbi əməkdaşlıq çərçivəsində illik “Birgə Dəniz 2022” təliminin Kusan və Taycou şəhərləri arasındakı sahil zolağında keçiriləcəyi bildirilib.

Bildirilib ki, təlim, tərəflərin dəniz təhlükəsizliyi təhdidlərinə qarşı birgə hərəkət etmək qabiliyyətini gücləndirmək və qətiyyətini nümayiş etdirmək üçün nəzərdə tutulub.

İki ölkənin beynəlxalq və regional sülh və sabitliyin qorunmasına töhfə verməyi hədəflədikləri vurğulanaraq, “yeni dövrdə Çin və Rusiya arasında hərtərəfli strateji koordinasiya tərəfdaşlığının dərinləşdirilməsinin hədəfləndiyi” ifadə edildi.

Rusiya Müdafiə Nazirliyi də açıqlamasında bildirib ki, “təlimin əsas məqsədi iki ölkə arasında dəniz əməkdaşlığını inkişaf etdirmək və Asiya-Sakit okean regionunda sülh və sabitliyi təmin etməkdir”.

Çin və Rusiya arasında hərbi dəniz təlimlərinin son illərdə adi hala çevrildiyi müşahidə edilir. Hər iki ölkənin hərbi dəniz qüvvələri Yaponiya dənizində (Şərq dənizi), Vladivostok yaxınlığındakı Böyük Pyotr körfəzinin sularında keçirilir.

Digər tərəfdən, Rusiyanın “Vostok-2022” hərbi təlimi çərçivəsində sentyabr ayında Çin hərbi donanmasının bir donanması Rusiya hərbi gəmiləri ilə birgə patrul xidməti həyata keçirərək Sakit Okeana doğru yola düşüb.

Publika.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

10 + 13 =