Çin və Rusiya diplomatları ortaq narahatlıqları müzakirə edib

Çin xarici işlər naziri Qin Qanq Rusiya xarici işlər nazirinin müavini Andrey Rudenko ilə görüşüb.
APA AFP-yə istinadən xəbər verir ki, bu barədə Çin Xarici İşlər Nazirliyi məlumat yayıb.
“Xarici işlər naziri Qin Qang Pekində Rusiya xarici işlər nazirinin müavini Rudenko ilə görüşüb və onunla Çin-Rusiya münasibətləri ilə bağlı fikir mübadiləsi aparıb”, Çin XİN-in məlumatında bildirilib.
Məlumatda qeyd olunub ki, görüşdə “ortaq narahatlıq doğuran beynəlxalq və regional məsələlər” də müzakirə edilib.
Apa.az