Çin və Səudiyyə Ərəbistanı birgə dəniz təlimi keçirir

Çin və Səudiyyə Ərəbistanı birgə dəniz təlimi keçirir

Çin Müdafiə Nazirliyinin sözçüsü cümə axşamı gecəsi ölkənin gələn oktyabr ayında Səudiyyə Ərəbistanı ilə birgə dəniz təlimi keçirəcəyini açıqlayıb.

İRNA-nın Türkiyənin Anadolu xəbər agentliyinə istinadən verdiyi məlumata görə, Çin Müdafiə Nazirliyinin sözçüsü Vu Çian cümə axşamı gecəsi ölkənin gələn oktyabr ayında Səudiyyə Ərəbistanı ilə birgə dəniz təlimi keçirəcəyini bildirib.

Çin Müdafiə Nazirliyinin sözçüsü deyib: Çin və Səudiyyə Ərəbistanı arasında “Mavi Qılınc 2023” adlı hərbi dəniz təlimi bu ölkənin cənubundakı Quandun əyalətində yerləşən Zhanjiang şəhərində keçiriləcək.

2019-cu ilin əvvəlində Çin və Səudiyyə Ərəbistanı Ciddədəki Qərb Donanmasının Kral Feysəl Hərbi Dəniz Bazasında üç həftə davam edən Mavi Qılınc-2019 adlı birgə dəniz təlimi keçirib.

Çinin Səudiyyə Ərəbistanı da daxil olmaqla Fars körfəzinin ərəb ölkələri ilə əlaqələri son illərdə genişlənib.

Çin Xarici İşlər Nazirliyinin sözçüsü daha əvvəl demişdi: Son 10 ildə Çin və ərəb ölkələri arasında 1200-dən çox əməkdaşlıq sazişi imzalanıb.

Çin hazırda ərəb ölkələrinin ən böyük ticarət tərəfdaşıdır. Çin ilə ərəb ölkələri arasında ticarət dövriyyəsinin həcmi 2012-ci illə müqayisədə təxminən iki dəfə artaraq 431,4 milyard dollara, bu ilin birinci yarısında isə 199,9 milyard dollara çatıb.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

seven + twelve =