Cinayətkar aləmin yəhudi ünsürləri – Siyahıda kimlər var?

Cinayətkar aləmin yəhudi ünsürləri – Siyahıda kimlər var?

Yəhudilərin ən çox məskunlaşdığı ölkələrdən biri Rusiyadır. Rusiyanın ictimai-siyasi həyatından tutmuş, iqtisadi sferasına qədər söz sahibi olan yəhudilər arasında xeyli zəngin iş adamları da var. Bütün bunlarla yanaşı, Rusiyanın kriminal aləmində də bütün dövrlərdə yəhudilərin özünəməxsus yeri olub.

Rusiyanın yəhudi mənşəli kriminal ünsürləri barədə bəzi detallara toxunacaq.

Всё о Соне Золотой Ручке

1846-cı ildə doğulan Sonya Zolotaya Ruçka gənc yaşlarından macəralı həyata meyl edib. Dövrünün ən böyük oğrularından hesab edilən bu qadın həm də kişilərə qarşı xüsusi amansızlığı ilə seçilib. Törətdiyi ağır cinayətlərə görə bir neçə dəfə sürgünə və həbsə göndərilən Sonya Zolotaya həbsxanadan qaçıb. Bu qadının törətdiyi cinayətlər haqqında Rusiyada əfsanələr dolaşır.

undefined

Yəhudi mənşəli cinayətkarlardan biri də Mişka Yaponçik kimi tanınan Moişe-Yankel Vinnitskidir. Altı yaşında atasını itirən Moişe-Yankel Odessada varlı adamlara hücum edərək, onları qarət edirmiş. Daha sonra “sənətini təkmilləşdirən” Yaponçik Birinci Dünya müharibəsindən sonra Rusiyada anarxiya başlayanda, şəhərin əsl sahibi olub. Yaponçik sonralar Qızıl Ordunun bir hissəsi olan alay yaradıb.

Digər yəhudi əsilli kriminal “şəxsiyyət” isə Boris Benqrovdur. Məşhur “Avtomobildən özünü qoru” filmindəki Detoçkinin prototipi olan Boris Benqrov karyerasına adi oğru kimi başlayıb. Lakin Stalin dövründə ölkədə hökm sürən qorxu mühiti onu fərqli üsuldan istifadə etməyə vadar edib. O, özünü xüsusi xidmət orqanlarının əməkdaşı kimi təqdim edərək mənzillərə daxil olub və qarət edib. Daha sonra o, Dzerjinskinin qardaşı qızı Yadviqa Gidroyc ilə dostlaşıb və sovet məmurlarını pulla ələ almaq üçün Dəmir Feliksin qohumu roluna girib.

Berta Borodkina sovet dövründə ölümə məhkum edilən üç oğru qadından biri kimi tarixə düşüb. Məsələ burasındadır ki, Gelendcik kurort şəhərindəki restoranlar trestinin rəhbəri kimi o, həqiqətən də geniş fəaliyyətlə məşğul olub. İnsanları aldadıb, partiya rəhbərlərinə gizli ziyafətlər verib. Onun mənzilinə baxış zamanı külli miqdarda pul və qızıl-zinət əşyası tapılıb.

Семен Могилевич: кто такой и почему его ищет ФБР

Semyon Mogileviç isə öz “uğur yolu”na repatriantların pullarını və qiymətli əşyalarını İsrailə daşıyacağını vəd etməklə başlayıb. Daha sonra SSRİ-ni tərk edərək, çirkli pulların yuyulması sxeminin təşkilatçısı olub. Onun sayəsində Qərb malları Rusiyaya kütləvi şəkildə çatdırılmağa başlayıb. Solntsevo qrupunun əsas maliyyəçilərindən biri olub. ABŞ hüquq-mühafizə orqanları hesab edir ki, o, rus mafiyasının xaricdəki ən nüfuzlu başçısıdır.

Я между ворами непонятки развожу, но здесь воров не вижу» Русская мафия захватила Америку, устала и хочет домой: Преступная Россия: Силовые структуры: Lenta.ru

Boris Nayfeld isə əksinə, Amerikaya köçəndən sonra Rusiya ilə əlaqələri az qala kəsib. Nayfeld blokun sahibi və Amerika cinayət aləminin pionerinə çevrilməyi bacarıb. O, Əfqanıstan “təbii sərvətləri”nin ABŞ-dakı istehlakçılara çatdırılmasını təşkil edib.

Родила от авторитета Япончика, открыла подпольную фабрика, пыталась угнать самолёт: Царица советского криминала Калина Никифорова

1970-1980-ci illərin əvvəlində Kalina Nikiforova SSRİ-də ilk reket Gennadi Karkovun, habelə onun tabeliyində olan digər oğruların da ziyarət etdiyi cinayət salonunun təşkilatçısı və sahibi olub. Birlikdə yeni sxemlər hazırlayıblar. Bunun sayəsində onlar milyonlarla gəlir əldə edib və məsuliyyətdən yayına biliblər. Bu xanıma “bütün oğruların anası” titulu verilib. Və onun Vitya Kalina adlı oğlu sonralar qanuni oğru olub.

Boris Berezovski İngiltərədə dəfn olunur - BBC News Azərbaycanca

Boris Berezovski. Bu ad da yəqin çoxuna tanışdır. Berezovski 1990-cı illərdə ən güclü cinayətkar idi. O, hələ sovet dövründə cinayətkar aləmlə əməkdaşlıq etməyə və ortalığı qarışdırmağa başlamışdı. Dostu Badri Patarkatsişvili ilə birlikdə AvtoVAZ-a nəzarət edərək, avtomobil biznesinə başlayıb. Ancaq bu adam maliyyə fırıldaqlarından əl çəkməyib, hətta Orexovskaya mütəşəkkil cinayətkar qrupunun qurucusu və lideri Silvestrlə əməkdaşlıq edib. Düzdür, gələcəkdə bir şey paylaşmasalar da, Berezovski ortağının “başını yeyib”. Özü isə 2013-cü ilin martında Londondakı mənzilində müəmmalı şəkildə ölüb.

Vəli Həsənov,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

four + 12 =