Cinayətkar İsrailin Dəməşqə hücumu nəticəsində 15 nəfər şəhid olub

İşğalçı İsrail Hərbi Hava Qüvvələrinin Suriyanın paytaxtı Dəməşqə hücumu nəticəsində 15 nəfər dinc sakin şəhid olub, 16 nəfər yaralanıb.Bu barədə Suriya Müdafiə Nazirliyi məlumat yayıb.
“Qadın və uşaqlar da daxil olmaqla 15 nəfər həlak olub, 16 nəfər yaralanıb. İlkin məlumatlara görə, şəxsi mülklərdə, tikililərdə və ona bitişik ərazilərdə çoxlu sayda insan xəsarət alıb”, – idarənin “Facebook” səhifəsində qeyd edilib.