Cinayətkar rejim ilə birgə investisiya layihələri müzakirə edilib
Bütün dünya sionist rejimlə əlaqələrinə mənfi bir baxış və boykotlar tətbiq etmək yollarını araşdırdığı bir vaxtda
Azərbaycan Respublikası ilə işğalçı sionist rejim arasında birgə investisiya layihələrinin həyata keçirilməsi müzakirə edilib. Bunu Azərbaycan iqtisadiyyat naziri Mikayıl Cabbarov “X” sosial şəbəkəsindəki hesabında bildirib.
Onun sözlərinə görə, müzakirələr qəsbkar rejimin Xarici İşlər Nazirliyinin baş direktoru Ceykob Blitşteyn ilə görüşdə baş tutub. Tərəflər birgə iqtisadi fəaliyyətin potensial sahələrdə genişləndirilməsi ilə bağlı məsələləri – cinayətkar rejimin şirkətləri ilə birgə investisiya layihələri reallaşdırılmasını, işgüzar dairələr arasında əlaqələrin gücləndirilməsini, ticarət, sənaye, innovasiya və rəqəmsal sahələrdə əməkdaşlığın təşviqini nəzərdən keçirib.
Qeyd edək ki, son aylar ərzində bəşər tarixinin ən dəhşətli soyqırımlarından birinə imza atan cinayətkar sionist rejimin durdurulması üçün dünya səviyyəsində geniş etirazlar davam edir. Xalqlar müsəlman dövlətlərini aparteid rejimi ilə əlaqələrini dayandırılmağa çağırırlar.
Fələstinin Səhiyyə Nazirliyinin bildirdiyinə görə 2023-cü il oktyabrın 7-dən bu günədək cinayətkar sionist rejim Qəzzə zolağında 39 min 145 nəfəri qırğın edib, 90 mindən çox mülki isə sionistlərin hücumlarında yaralanıb.
Beynəlxalq Cinayət Məhkəməsində bəşəriyyətə qarşı cinayət törətdiyinə görə sionist rejimə qarşı cinayət işi açılıb. Həmin məhkəmənin baş prokuroru iki ay öncə bildirdi ki, məhkəmənin sionist rejimin baş naziri Benyamin Netanyahu və onun müharibə naziri Yuav Qalanta qarşı həbs hökmü çıxaracağı istisna edilmir.
Cənubi Afrikanın İsrail rejiminin cinayətlərinə qarşı Haaqa Məhkəməsinə şikayətlə müraciət etməsi və ardınca başqa ölkələrin də bu şikayətə qatılmaları nəticəsində hal-hazırda bu beynəlxalq məhkəmədə də qəsbkar rejimə qarşı cinayət işi davam edir.