Cinayətkar rejim təcavükarlıqdan əl çəkmir
İsrail rejimi qırıcıları Beyrutun mərkəzində bir binanı iki dəfə bombalayıb.
Təsnim İnformasiya Agentliyinin məlumatına görə, sionist rejim hərbçiləri bir neçə dəqiqə əvvəl Livanın paytaxtı Beyrutun Rəsun Nəbə bölgəsini bombalayıblar.
Bu ərazidən ötürülən görüntülər gecənin qaranlığında səmaya qatı tüstü sütununun qalxdığını göstərir. Livan mediası İsrail rejiminin bu ərazini iki dəfə hədəfə aldığını elan edib.
Beyrutun Əl Nəviri bölgəsində bir yaşayış binası tamamilə dağılıb.
Sionist rejim 2006-cı ildən sonra ilk dəfədir ki, Beyrutda bir yaşayış kompleksinin tamamilə dağılması ilə nəticələnən bombardman edib.