Çində 1,5 litr qazlı su içən gənc ölüb

Çində 1,5 litr qazlı su içən gənc ölüb

Pekində 22 yaşlı yerli sakin 10 dəqiqə ərzində 1,5 litr qazlı içki içdikdən sonra vəziyyəti pisləşib.

Gənc bir gün ərzində sərinləmək üçün çoxlu miqdarda qazlı su içib və 6 saat sonra şiddətli ağrılara görə həkimlərə müraciət edib.

Həkimlər dərhal qaraciyərin qazla mübarizə aparması üçün dərmanlar versələr də, gənc 18 saat sonra vəfat edib.

Tibbi rəyə görə, içkinin bu qədər tez udulması nəticəsində bağırsaqlarda çoxlu miqdarda qaz yığılıb. Təzyiq altında qaz qaraciyərin qapı venasına daxil olub, nəticədə qaraciyər oksigensiz qalıb.

Report

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

one + 17 =