Çində 200-dən çox maşın toqquşub, 1 nəfər ölüb – VİDEO

Çində 200-dən çox maşın toqquşub, 1 nəfər ölüb – VİDEO

Çinin Henan əyalətinin mərkəzi olan Çjençjou şəhərində 200-də çox avtomobilin toqquşması ilə nəticələnən ağır yol qəzası baş verib.

APA xəbər verir ki, bu barədə Çin Mərkəzi Televiziyası (CCTV) məlumat yayıb.

Məlumatda bildirilib ki, şəhərdəki körpülərdən birində baş vermiş bu qəzaya qatı duman səbəb olub.

Qəzada ən azı bir nəfərin öldüyü, xeyli sayda xəsarət alanların olduğu bildirilir.

Hadisə yerində xilasetmə işləri həyata keçirilir, araşdırma aparılır.

Apa.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

2 × 5 =