Çində helikopter qəzaya uğradı, ölənlər var
 
					Çinin Sıçuan vilayətinin dağlıq bölgəsində helikopter qəzaya uğrayıb.
“Report” TASS-a istinadən xəbər verir ki, qəza nəticəsində göyərtədə olan 3 nəfər həlak olub.
Hadisə Tibet-Syan muxtar dairəsində baş verib.
Qəzanın səbəbləri araşdırılır.

 
			 
			 
			 
			 
			