Çində kömür mədənində partlayış baş verib, ölənlər var
Çinin Şansi əyalətindəki kömür mədənində baş verən partlayış nəticəsində 4 nəfər ölüb, 1 nəfər yaralanıb.
İnterAz xəbər verir ki, bu barədə “Sinxua” agentliyi məlumat yayıb.
Hadisə, yerli vaxtla gecə ikidə “Lu`an Group” şirkətinə məxsus müəssisədə baş verib.
Səlahiyyətli şəxslər hadisənin qaz sızması nəticəsində baş verdiyini düşünür.
Xilasedicilər artıq fövqəladə ərazidə işləri başa çatdırıblar. Zərərçəkən tibb müəssisəsinə aparılıb. Partlayışla bağlı istintaq aparılır.