Çində sərnişin təyyarəsi qəzaya uğrayıb

Çində sərnişin təyyarəsi qəzaya uğrayıb

Çinin cənubunda “Boeing-737” markalı sərnişin təyyarəsi qəzaya uğrayıb.

“Report” “RİA Novosti”yə istinadən xəbər verir ki, məlumatı Çinin Mərkəzi Televiziyası yayıb.

Məlumata görə, təyyarə Çinin “China Eastern” hava yolları şirkətinə məxsusdur.

Bildirilib ki, təyyarənin göyərtəsində 133 nəfər var.

Hazırda axtarış-xilasetmə işləri aparılır.

Report.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

fourteen + nineteen =