Çində təhlükəli virus yayıldı: Bir aya minlərlə insan yoluxub

Çində təhlükəli virus yayıldı: Bir aya minlərlə insan yoluxub

Çinin Quandun əyalətində insanlar arasında çikunqunya qızdırmasının kəskin yayılması qeydə alınıb.

Oxu.Az “Bloomberg”ə istinadən xəbər verir ki, iyulun əvvəlindən bəri Foşan şəhərində 3 100-dən çox xəstəliyə yoluxma halı aşkarlanıb. Bu, virusun təxminən iyirmi il əvvəl Çində ortaya çıxmasından bəri ən böyük yayılmasıdır.

Yerli hakimiyyət orqanlarının məlumatına görə, xəstəliyə ilk yoluxma halı iyulun əvvəlində qeydə alınıb. Virusun yayılmasına cavab olaraq əyalət ağcaqanadlarla mübarizə tədbirlərini gücləndirib.

Epidemioloqlar qeyd edirlər ki, tropik xəstəliklər, o cümlədən denge qızdırması, malyariya və Zik virusu yeni bölgələrdə yayılmağa başlayıb. Mütəxəssislər bunu iqlim dəyişikliyi ilə əlaqələndirirlər ki, buna görə ağcaqanadlar yaşayış yerlərini genişləndirirlər. Beynəlxalq səyahətlərin artması, əhalidə immunitetin olmaması da xəstəliklərin yayılmasına səbəb olur.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

nineteen − eighteen =