Çində zəlzələ olub
Publika.az Çinin Seysmoloji İdarəsinə istinadən xəbər verir ki, Çinin şimal-qərbindəki Qinghai dağlıq əyalətində 5 bal gücündə zəlzələ baş verib.
Qeyd olunur ki, zəlzələnin episentri Qoloq-Tibet Muxtar Vilayətinin Mado dairəsi olub.
Zəlzələnin episenteri 9 km dərinlikdə yerləşdiyi bildirilir.
Xatırladaq ki, bundan əvvəl Filippində 5,6 bal gücündə zəlzələnin baş verdiyi bildirilmişdi.
Publika.az