Çindən ABŞ-a tərs sual: Niyə Ukrayna məsələsində…

Çinin xarici işlər naziri Qin Qang ABŞ- ı ikili standartlarda ittiham edib.
Publika.az xəbər verir ki, bu barədə ” Ria Novosti” məlumat yayıb
“Çin xalqının soruşmaq hüququ var: niyə ABŞ Ukrayna məsələsində suverenlik və ərazi bütövlüyünə hörmət etməkdən danışır, amma Tayvan məsələsində Çinin suverenliyinə və ərazi bütövlüyünə hörmət etmir?” – nazir bildirib
Departament rəhbəri, həmçinin qeyd edib ki, Birləşmiş Ştatlar 17 avqust 1982-ci il tarixli ikitərəfli kommunikeyə zidd olaraq Tayvanı uzun müddət silahlandırarkən, Çini Rusiyaya silah verməməyə çağırır
Onun sözlərinə görə, Çin Ukraynadakı münaqişənin tərəfi deyil . O, həmçinin əlavə edib ki, ölkə nə Moskvaya, nə də Kiyevə silah tədarük etmir . “Çini ittiham etmək və hətta sanksiyalar və təhdidlər tətbiq etmək üçün əsas nədir? Biz bunu heç vaxt qəbul etməyəcəyik”, – nazir deyib.
Publika.az