Çinin Müdafiə Nazirliyi ABŞ və Tayvana xəbərdarlıq edib

Çinin Müdafiə Nazirliyi ABŞ və Tayvana xəbərdarlıq edib

Çin ordusu, Tayvanın müstəqilliyini elan etməsinin və ÇXR-in daxili işlərinə xarici müdaxilənin qarşısını almaq, ölkənin suverenliyini qorumaq üçün kifayət qədər gücə, vasitəyə və qətiyyətə sahibdir.

İnterAz-ın İnterfaks-a istinadən verdiyi xəbərə görə, bunu Çin Müdafiə Nazirliyinin rəsmi nümayəndəsi Jen Qosyan bildirib.

“Çin Xalq Qurtuluş Ordusunda xarici qüvvələrin müdaxiləsini və Tayvanın müstəqilliyini elan etməyə yönəlmiş separatçı fəaliyyətləri boğmaq üçün güclü iradə, etimad və güc var. Ölkənin suverenliyini və ərazi bütövlüyünü qətiyyətlə qoruyuruq”, o bildirib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

15 − 12 =