Çinin xüsusi nümayəndəsinin Rusiyaya səfər edəcəyi təsdiqlənib
Çin Xalq Respublikası Hökumətinin Avrasiya məsələləri üzrə xüsusi nümayəndəsi Li Xuey 26 mayda Rusiyaya gedəcək.
APA TASS-a istinadən xəbər verir ki, bunu Çinin Rusiyadakı səfirliyinin səlahiyyətli nümayəndəsi Liu Syuesonq təsdiqləyib.
Qeyd edək ki, Xuey Ukrayna-Rusiya münaqişəsinin sülh yolu ilə həlli prosesində Çinin fəal iştirak etməyə çalışdığını nümayiş etdirmək üçün ötən həftə bir sıra Avropa ölkələrinə, o cümlədən Ukraynaya səfər edib.
Apa.az