Çinlə ABŞ arasında “soyuq müharibə” səngimir: Yeni ittiham

Çinlə ABŞ arasında “soyuq müharibə” səngimir: Yeni ittiham

Publika.az “RİA Novosti”yə istinadən xəbər verir ki, Çin Müdafiə Nazirliyinin sözçüsü Tan Kefei brifinq zamanı ABŞ-ın Tayvana silah satmaqla öz xalqını uçuruma sürüklədiyini bildirib.

“Ştatlar adanı “barıt çəlləyinə” çevirir”, – Kefei deyib.

Bundan əvvəl Pentaqon məlumat vermişdi ki, Dövlət Departamenti Tayvana ümumilikdə 440 milyon dollar dəyərində sursat və xüsusi texnikanın mümkün satışını təsdiqləyib.

“Çin ABŞ-ın Tayvana silah satışına qəti şəkildə qarşıdır. Birləşmiş Ştatlar Çinin əsas narahatlıqlarına məhəl qoymur, onun daxili siyasətinə müdaxilə edir”, – deyə Tan Kefei əlavə edib.

Beləliklə, Pekin Amerikanı Tayvana silah satışına, eləcə də istənilən formada hərbi qarşılıqlı fəaliyyətə son qoymağa çağırır. “Səhv və təhlükəli yolda daha da irəli getməyə ehtiyac yoxdur”, – deyə MN-nin sözçüsü yekunlaşdırıb.

Qeyd edək ki, may ayında Tayvan hakimiyyətinin ABŞ-la 500 milyon dollar dəyərində silah tədarükü üçün danışıqlar apardığı məlum olmuşdu.

Publika.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

3 × 5 =