Çinli alimlər COVID-19-un süni mənşəli olma ehtimalını dəyərləndirir

Çinli alimlər COVID-19-un süni mənşəli olma ehtimalını dəyərləndirir

Çinli alimlər koronavirusun mənşəyinin yalnız təbii ola biləcəyini, virusun süni şəkildə – laboratoriyada yarana bilməyəcəyini müəyyən edib.

Bu barədə “Science China Life Sciences” elmi jurnalında dərc olunan məqalədə deyilir.

ÇXR-də çalışan 20-dən çox çinli alim və ingilis tədqiqatçı elmi araşdırmalar apararaq koronavirusun təbii mənşəli olduğu qənaətinə gəlib. Elm adamları təkamül nəzəriyyəsi və onun əlaqədar fikirləri dəlil olaraq istifadə edib.

Alimlər SARS-CoV-2 virusunun 2003-cü ildəki SARS-CoV nümunəsi ilə müqayisədə insan genlərinə daha yaxşı uyğunlaşdığı qeyd edir.

Salamnews

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

18 + 6 =