Çinli nazir ABŞ qarşısında İranı müdafiə etdi

Çinli nazir ABŞ qarşısında İranı müdafiə etdi

Sizinyol xarici KİV-ə istinadən xəbər verir ki, Çin Xarici İşlər Naziri Vanq Yi cümə günü ABŞ-ın İran İslam Respublikasına qarşı tətbiq etdiyi sanksiyaların qaldırılmasının vacibliyini vurğulayıb.

Vanq, Cenevrədə bir silahsızlaşdırma konfransında onlayn çıxışı zamanı “ABŞ-ın özbaşınalığı və birtərəfli zorakılığı, İranın nüvə proqramı üçün əsas problem mənbəyidir” deyib.

Çin Xarici İşlər Nazirliyinin yaydığı bir açıqlamaya görə, o, Nüvə anlaşmasının yenidən öz yoluna qayıtması üçün diplomatik səylərin artırılmasının lazım olduğunu vurğulayaraq deyib: “Nüvə anlaşmasına qayıtmaq üçün İrana tətbiq olunan sanksiyaları ləğv etmək ABŞ-ın təbii olaraq görməli olduğu ilk işdir.”

O, həmçinin deyib: “ABŞ və İran arasında nüvə sazişi çərçivəsindəki öhdəliklərin bərpası üçün aparılan danışıqlar sona çatdığından, münaqişə tərəfləri ən qısa müddətdə siyasi bir qərar verməli və bu sazişi yoluna qaytarmaq üçün diplomatik səylərini artırmalıdırlar.”

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

3 × 5 =